Süleyman Dəmirəlin ailəsində ağır itki
Bizi izləyin

Dünya

Süleyman Dəmirəlin ailəsində ağır itki

Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəl dünyasını dəyişib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yaşı ilə əlaqədar onun səhhətində bəzi problemlər var imiş.

Mərhum Güven xəstəxanasında müalicə alıb. Məlumata görə, Əli Dəmirəlin İspartada ailə qəbiristanlığına dəfn edilməsi gözlənilir. Ancaq qəti qərarın hələ verilmədiyi deyilir.

Hacı Əli Dəmirəl Ankaradakı məşhur Yüksəliş Kollecinin sahibi olaraq xatırlanırdı. Onun oğlu Yəhya Dəmirəl ötən il qaraciyər çatışmazlığı xəstəliyindən həyatını itirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm