Bütün dünyanın danışdığı qatil: “Molla radio” - FOTO
Bizi izləyin

Dünya

Bütün dünyanın danışdığı qatil: “Molla radio” - FOTO

Dekabrın 16-da Pakistanın Pişəvər şəhərində hərbi məktəbdə həyata keçirilən qətliamın “kapitanı”nın adı açıqlanıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu terror aktı ilə bağlı məsuliyyəti üzərinə götürən “Tehriki-Taliban Pakistan” terror təşkilatının lideri Molla Fəzlullahdır.

Fəzlullah sələfi olan Hakimullah Məhsudun keçən il ABŞ-ın pilotsuz təyyarəsinin zərbələri nəticəsində öldürülməsindən sonra Talibanın rəhbərliyinə keçmişdi. Xatırladaq ki, Molla Fəzlullah ötən ilin sonunda təşkilatın rəhbərliyinə gətirilib.

Şəriət ölçülərinin tətbiq olunmasını istəyən Fəzlullah bir müddət yerli radioda müntəzəm olaraq çıxış etdiyindən ona “Molla radio” adı verilib. Onun başçılıq etdiyi dəstə, 2007-ci ildə rəqiblərin başını kəsmək, məktəbləri partlatmaq, qadınların bazara getməsinə mane olmaqla yerli sakinlər arasına qorxu salıb. Fəzlillah və onun qruplaşması həmçinin qadın haqqlarının müdafiəsinə qalxan yeniyetmə fəal Məlalə Yusifzaiyə qarşı suiqəsddə şübhəli bilinir.

Xatırladaq ki, Pişəvər şəhərində hərbi məktəbə hücumda 148 nəfər öldürülüb. Onlardan 132-i uşaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm