İŞİD-ə ağır zərbə: 100 ölü
Bizi izləyin

Dünya

İŞİD-ə ağır zərbə: 100 ölü

Şimali İraq kürd muxtariyyətinin Peşmərgə qüvvələri “İslam Dövləti”nin döyüşçüləri tərəfindən mühasirəyə alınmış Sincar dağ silsiləsinin böyük hissəsinə nəzarəti ələ keçirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə muxtariyyətin Milli Təhlükəsizlik Şurasının başçısı Masrura Barzani bildirib.

Barzaninin sözlərinə görə, Peşmərgə qüvvələri İŞİD-in 100-ə qədər döyüşşçüsünü öldürüb və böyük ərazini nəzarət altına alıb. “Hazırda dəhliz açılıb və mən ümid edirəm ki, Sincar dağının qalan hissəsi də İŞİD-dən azad ediləcək", - Barzani deyib.

Peşmərgə qüvvələri Sincar dağına hücuma dekabrın 17-də başlayıb. Kürd qüvvələri Sincarın azad edilməsindən sonra İŞİD-in nəzarətində olan Mosul və Tall-Afar istiqamətində hərəkət etmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm