Avropa Birliyi Moskvaya qarşı vahid strategiya hazırlayır
Bizi izləyin

Dünya

Avropa Birliyi Moskvaya qarşı vahid strategiya hazırlayır

Avropa Birliyi Rusiya Federasiyası barəsində vahid strategiya hazırlayır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyi Şurasının prezidenti Donald Tusk bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli Rusiya ilə bağlı ardıcıl, sərt və məsuliyyətli strategiya olmadan mümkün deyil. D.Tusk qeyd edib ki, müasir, sabit və müstəqil Ukrayna bu strategiyanın əsası olmalıdır.

Qeyd edək ki, Avropa Birliyinin bu gün başlayan sammitinin gündəliyində Rusiya ilə münasibətlər və Ukraynaya yardım məsələləri yer alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm