Fransada yeni il sürprizi
Bizi izləyin

Dünya

Fransada yeni il sürprizi

2015-ci ilədn Fransada bir çox sahələrdə qiymət artımı gözlənilir.

Publika.az-ın məlumatına görə, bu ilk növbədə xidmət sahələrində, ictimai nəqliyyatda özünü göstərəcək. Əgər nəqliyyatda gediş haqqı üçün əvəllər aylıq bietə 56, 70 avro ödənilirdisə, gələn ildən 70 avro ödəmək lazım gələcək.

Ölkədə benzinin qiyməti də qaldırılacaq. Benzinin markasından asılı olaraq xüsus avtomobil sahibləri bir litr üçün 15-25 sent artıq ödəməli olacaqlar. Poçt markaları isə 0, 56 avro əvəzinə 0, 76 avroya satılacaq.

Yeni ildə əhali tərəfindən gündəlik istifadə olunan digər malların da qiymətinin qaldırılacağı gözlənilir. Ölkədə bəzi qüvvələr qiymət artımına qarşı çıxsalar da, tarif şurası bu etirazları qəbul etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm