• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Obama təsdiqlədi - Rusiyaya qarşı yeni sanksiyalar gəlir

  • Dünya
  • 19 Dekabr 2014 08:14
  • 530 Baxış
Obama təsdiqlədi - Rusiyaya qarşı yeni sanksiyalar gəlir

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu nəzərdə tutan qanunu təsdiqləyib.

.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidentinin bıyanatında bildirilir.

Bununla belə Prezident deyib ki, o. hələlik Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar dərhal tətbiq etmək niyyətində deyil. Prezident bu məsələdə Avropa İttifaqı ilə razılaşdırılmış addımlar atmağa qərar verib.

"Vaşinqton Rusiyanın addımlarına və Ukraynadakı hadisələrin inkişafına cavab olaraq tətbiq ediləcək sanksiyaların korrektlə olunmasında Avropadakı müttəfiq və tərəfdaşları ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək", - Obamanın bəyanatında bildirilir.

Qeyd edək ki, Barak Obamanın təsdiqlədiyi qanun prezidentin üzərinə Rusiyanın müdafiə sənayesi müəssisələrinə qarşı məhdudiyyətlər tətbiq etmək öhdəliyi qoyur. Qanun həmçinin milli təhlükəsizlik maraqlarını nəzərər almaqla Prezidentə sanksiyaları aradan qaldırmaq səlahiyyəti də verir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR