Jirinovski “beşinci kolon”un üzvlərini açıqladı - Siyahı
Bizi izləyin

Dünya

Jirinovski “beşinci kolon”un üzvlərini açıqladı - Siyahı

Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski prezident Vladimir Putinin bugünkü mətbuat konfransında söylədiyi “beşinci kolon” fikrini şərh edib.

Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Jirinovski bəyan edib ki, “beşinci kolon”un nümayəndələrinin fəaliyyətini artıq 20 ildir müşahidə edir və məhz onlar Sovet İttifaqının dağılmasının lehinə çıxış ediblər: “Beşinci koilon” – bu Boris Yeltsin və Mixail Qorbaçovdur, onlar ABŞ-ın istəyi ilə hərəkət edərək SSRİ-ni dağıdıblar. Ardınca müxalifətçilərə Anatoli Çubays rəhbərlik edib”.

Onun fikrincə, “beşinci kolon”a dissidentləri, məsələn, Aleksandr Soljenitsini də aid etmək olar: “Bundan başqa, “Dojd” telekanalının jurnalistləri də ora daxildir. Çünki müsahibə zamanı həmişə elə sual verirlər ki, cavabda Rusiya pis rəngdə görünsün”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm