Qorbaçov: “Brestdən Vankuverə qədər bundan danışırdıq, amma...”
Bizi izləyin

Dünya

Qorbaçov: “Brestdən Vankuverə qədər bundan danışırdıq, amma...”

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) fəaliyyətsizlikdə ittiham edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qorbaçov RT telekanalına verdiyi müsahibəsində ATƏT-in yerinə yetirməyə məcbur olduğu təhlükəsizliyə nəzarət funksiyasını yerinə yetirmədiyini bildirib.

“Mən ATƏT-in işinə “mənasız” deməzdim. Budur, onlar Ukraynada tappıldadırlar, təşkilatın müşahidəçiləri müəyyən işlər görürlər və sair. Amma söhbət bundan getmir. Biz axı Brestdən Vankuverə qədər avropalılar və amerikalılarla təhlükəsizlik haqqında danışırdıq”, - sabiq prezident deyib.

Onun fikrincə, təşkilata ən geniş hüquqları vermək lazım idi: “Elə hüquqlar ki, vəziyyət təhlükəli xarakter alacağı halda istəniləni dayandırsın və istənilən mərhələdə prosesə qarışa bilsin”.

“Burada nəzarət həmişə olardı. Nüvə silahı olan bir ərazidə nəzarət və məsuliyyət çox yüksək olmalıdır. Buna yenə qayıtmaq, vahid Avropanı, Avropa evini qurmaq lazımdır. Amma biz Avropa evində münasibətləri müəyyənləşdiririk”, - M.Qorbaçov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm