• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Maydanda 23 müxalifətçi yoxa çıxıbdır

  • Dünya
  • 12 Fevral 2014 19:17
  • 392 Baxış
Maydanda 23 müxalifətçi yoxa çıxıbdır

“Avromaydan SOS” qrupu bu günə etiraz aksiyaları iştirakçılarından 23 nəfərinin xəbərsiz-ətərsiz itkin düşdüyü barədə açıqlama yayıb.

Ukrayna mətbuatının verdiyi məlumata görə, yoxa çıxanların siyahısı qrupun facebook-dakı səhifəsində yerləşdirilib.

Təşkilatın məlumatına görə, itkin düşənlərin bəziləri ötən ilin sonlarından axtarılır. O sırada siyahıda ad-soyadı gedən 3 nəfər keçən ilin dekabrında yoxa çıxıb. 6 etirazçı bu ilin yanvarında, daha 7 nəfər isə fevralın əvvəlində itkin düşüb. Axtarılan şəxslərin əksəriyyəti kiyevlilərdir.

Ukrayna DİN-dən məlumatın yoxlanılması ilə məşğul olduğu bildirilib. /Musavat.com/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR