Türkiyə siyasətində yeni Özal
Bizi izləyin

Dünya

Türkiyə siyasətində yeni Özal

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın oğlu Əhməd Özal partiya yaradıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, artıq Ana Partiyanın təqdimatı keçirilib.

“Azad düşüncənin, demokratiyanın, azad təşəbbüsün, din və vicdan azadlığının daha məşhur olduğu bir Türkiyə üçün biz siyasətə girdik. Yaşadığımız bu döyüş mühitindən çıxmalıyıq. Türkiyənin bu qədər qütbləşdiyi mühitdə heç birimizin nə uşağının, nə də nəvəsinin gələcəyi olmaz. Bu döyüşə son qoymaq lazımdlr”, - Ə.Özal deyib.

On il ərzində dövlətdəki və xarici siyasətdəki gərginlikləri şəxsən atasından öyrəndiyini deyən Ə.Özal Türkiyəni idarə etməyə iddialı olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm