İki müharibə və ABŞ-ın itkisi: 1,6 trilyon dollar
Bizi izləyin

Dünya

İki müharibə və ABŞ-ın itkisi: 1,6 trilyon dollar

İraq və Əfqanıstanda aparılan müharibələr ABŞ-a 1,6 trilyon dollara başa gəlib.

Publika.az-ın “Bloomberg” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Konqresin Tədqiqat Xidmətinin məruzəsində deyilir.

Sənəddə qeyd olunub ki, Konqres 11 sentyabr 2001-ci il terror aktından etibarən İraqla müharibə üçün 815 milyard dollar ayırıb. Əfqanıstanda aparılan döyüş əməliyyatlarında isə 686 milyard dollar xərclənib. Daha 81 milyard İraq və Əfqanıstandakı müharibə ilə bağlı digər tədbirlərə, 27 milyard dollar isə ABŞ hava məkanının mühafizəsi proqramı olan “Noble Eagle”nin maliyyələşdirilməsinə sərf olunub.

“Bloomberg” ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinad edərək qeyd edir ki, İraq müharibəsində ABŞ 4 min 491 vətəndaşını itirib, daha 32 mini isə yaralanıb. Əfqanıstanda ölən və yaralanan amerikalıların sayı isə müvafiq olaraq 2 min 356 və 20 mindir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm