Rusiya müxalifətinin liderinə 10 il həbs – TƏLƏB
Bizi izləyin

Dünya

Rusiya müxalifətinin liderinə 10 il həbs – TƏLƏB

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnıya iş istənilib. Prokuror Moskvanın Zamoskvoretski məhkəməsindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Navalnının 10 il azadlıqdan mərhum edilməsini xahiş edib.

Publika.az xəbər verir ki, bu barədə məhkəmədə keçirilən dinləmələrdə iştirak edən “İnterfaks” müxbiri bildirib.

Prokuror siyasətçinin qardaşı Oleq Navalnının isə səkkiz il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, məhkəmə bu ilin fevral ayının 14-də A.Navalnı barəsində hökm çıxarıb. Moskvanın Basman rayon Məhkəməsi rusiyalı siyasətçiyə ev dustaqlığı cəzası kəsib. Cəzanın müddəti bir neçə dəfə uzadılıb və son müddət 14 fevral 2015-ci ildir.

Müxalifətçi və onun qardaşı “İv Roşe" şirkətində qanunsuz pul əməliyyatlarını aparmaqda ittiham olunur. 2013-cü ilin iyulunda isə A.Navalnı “Kirovles” müəssisəsinin əmlakını oğurlamaqda ittiham edilmişdi və beş il azadlıqdan məhrum edilib. Daha sonra isə məhkəmə bu cəzanı şərti cəza ilə əvəz edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm