“Hərbi müdaxilə zamanı gəldi“
Bizi izləyin

Dünya

“Hərbi müdaxilə zamanı gəldi“

Misirin paytaxtı Qahirədə davam edən "Ərəb Birliyi" Xarici İşlər Nazirləri toplantısında çıxış edən Katar Baş Naziri və Xarici İşlər Naziri Hamad bin Casim, Suriyaya "Ərəb Birliyi" ölkələri ordularından toplanmış hərbi kontingent göndərmə məsələsini müzakirə etmə zamanının gəldiyini bəyan edib.


Suriyada axan qanın bütün səylərə rəğmən durmadığını deyən Casim, Katarın daha əvvəl də ortaya atdığı "Suriyaya Ərəb Sülhməramlıları" göndərmə çağırışını yenidən gündəmə gətirdi. Suriya rəhbərliyinin bugünə qədər üzərinə götürdüyü heç bir öhdəlıyı yerinə yetirmədiyini, dinc əhaliyə divan tutulmaqda davam edildiyini, humanitar yardımların əhaliyə çatdırılmadığını söyləyən Katar rəsmisi, Suriyaya "Ərəb Müdaxiləsinin" vacibliyini toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.

Səudiyyə Ərəbistanı Xarici işlər Naziri Səud əl-Faysal BMT Təhlükəsizlik Şurasında, Əsəd rejiminə qarşı təzyiqlərin gücləndirilməsinə veto qoyan ölkələri tənqid edərək, "Qərara veto qoyan ölkələr Suriya rejiminin qanını axıtdığı dinc xalqın taleyinə biganə qalmışlar" deyə toplantıda iştirak edən Rusiya XİN başçısı Sergey Lavrova eyhamla vurğulayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm