"Smolenks qəzasının arxasında Putin durur"
Bizi izləyin

Dünya

"Smolenks qəzasının arxasında Putin durur"

Rusiyanın ABŞ tərəfinə keçmiş məxfi agenti 2010-cu ildə Smolenks yaxınlığında baş vermiş aviaqəzanın arxasında Vladimir Putinin durduğunu deyib.


Publika.Az-ın verdiyi məlumata görə, bu barədə gündəlik "L-Espresso" saytında Stefaniya Mauritsinin məqaləsində bildirilib:

"2010-cu ilin aprelində Rusiyada Polşa prezidenti Lex Kaçinski və onun yaxın ətrafı olan təyarrə qəzaya uğrayıb. Bundan bir neçə gün sona isə ABŞ tərəfinə keçmiş rus casusu bildirmişdi ki, bu qəza Kremlin əməlidir. 2010-cu ilin iyununda casus sirli şəkildə dünyasını dəyişir, FTB məlumatları məxfi saxlayır. Bu barədə "WikiLeaks"in açıqlamalarında da qeyd olunub".

Müəllif qeyd edir ki, adı Sergey Tretyakov ola, 53 yaşında ölən casus haqqında "The Washington Post" haqqında Pit Erli "Yoldaş Ci" adlı kitab yazıb. Həmin şəxs rəsmi olaraq diplomat işləsə də, Baş Kəşfiyyat Xidmətinin polkovniki idi və 1995-2000-ci illərdə Nyu-Yorkda bir sıra əməliyyatlara rəhbərlik edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm