Saakişvili: "Azərbaycan–Gürcüstan parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndiririk"
Bizi izləyin

Dünya

Saakişvili: "Azərbaycan–Gürcüstan parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndiririk"

Publika.Az-ın verdiyi məlumata görə, Oqtay Əsədov görüşdə bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb:

"Əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Bugünədək 100-dən çox dövlətlər və hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb".
Bu gün Azərbaycan ilə Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzrum qaz və Bakı-Tbilisi-Axalkalki-Qars dəmir yolu kimi irimiqyaslı layihələrdə birgə iştirak edirlər. Biz yeni AQRİ layihəsi üzərində işləyirik. Azərbaycanın təbii ehtiyatlarının Avropaya daşınmasında mühüm rol oynayacaq bu layihə ölkələrimiz üçün böyük dividentlər gətirəcək”.
Gürcüstan prezidenti ölkələrimiz arasındakı münasibətlərin genişlənməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən danışan M.Saakaşvili Azərbaycan–Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın rolunu yüksək qiymətləndirib:
"Q.Paşayevanın Avropa ölkələrindəki çıxışlarını diqqətlə izləmişik və bunun yüksək qiymətləndiririk. Onun çıxışları bizə Avropada öz sözümüzü deməkdə əlavə, yeni imkanlar yaradıb".

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm