• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qorbaçovun Nobel mükafatından məhrum edilməsi tələb olunur

  • Dünya
  • 6 Mart 2012 16:29
  • 167 Baxış
Qorbaçovun Nobel mükafatından məhrum edilməsi tələb olunur

Yaxınlarını 1990-cı il yanvarın 20-də baş vrən qan hadisələrdə itirmiş 96 şəhid ailəsi və 230 nəfər 20 yanvar əlili də daxil olmaqla, 300-dən çox şəxs tərəfindən beynəlxalq ictimaiyyətə məktub ünvanlanıb.


Publika.Az-ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında millət vəkili tibar Hüseynov məlumat verib.

O, özünün və “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadənin təşəbbüsü ilə hazırlanmış məktubun keçmiş SSRİ prezidenti Mixail Qobaçova verilmiş “Nobl” Süıh Mükafatının geri alınması məqsədi daşıdığını bildirib.

Millət vəkili qeyd edib ki, məktubda konfransında İsveç və Norveç krallarına, Norveç Nobel Komitəsinin sədrinə və Norveç parlamentinə, Nobel ailəsinin üzvlərinə müraciət edilib.

Onun sözlərinə görə, müraciətdə hadisə barədə ətraflı məlumat verilib, Nobel qardaşlarının Bakıdakı fəaliyyətlərinə diqqət yönəldilib.

Milli Məclis üzvü vurğulayıb ki, həmişə öz tolerantlığı və qonaqpərvərliyi ilə seçilən Bakı şəhəri 1990-cı ilin 20 yanvar günü dünyanın xəbər gündəminə ağır faciə ilə gəlib:

“Həmin gün SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə hərbi texnika və müxtəlif qoşun növləri heç bir xəbərdarlıq edilmədən şəhərə yeridildi, azadlıq və demokratiya tələbi ilə dinc aksiya keçirən vətəndaşlara qarşı amansız terror həyata keçirildi.

Bu hadisələr zamanı 131 nəfər öldürülüb, 744 şəxs yaralanıb, 328 nəfər əlil olub, 841 nəfər isə qanunsuz həbs edilib. Mixail Qorbaçov Nobel mükafatının simvolizə etdiyi sülhpərvərlik və xoş məramlılıq kimi ümumbəşəri dəyərləri kobudcasına pozub. M.Qorbaçmov nəinki Bakıda, Tiflisdə, Vilnyusda, Alma-Atada da törətdiyi cinayətlərə görə də, ovaxtkı dövlət başçısı və ali baş komandan kimi məsuliyyət daşıyır.

Keçmiş SSRİ ərazisində əli yüzlərlə dinc və heç bir günahı olmayan insanın qanına bulaşmış, milyonlarla insanı qaçqına çevirmiş Mixail Qorbaçova “Nobel” Sülh Mükafatının verilməsi bu mötəbər mükafatın adına bir ləkədir. Halbuki Nobel qardaşları Azərbaycan xalqının yaddaşında xeyriyyəçi iş adamları kimi həkk olunub və onların təsis etdiyi fon da mükafatı kimə verdiklərini araşdırmalıdır”.

E. Hüseynov əlavə edib ki, məktubla yanaşı, 20 yanvar hadisələrini özündə əks etdirən video-çarx da adıçəkilən ünvanlara göndərilib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR