V.Putin - "Biz Rusiyanın gələcəyi naminə qələbə qazandıq"
Bizi izləyin

Dünya

V.Putin - "Biz Rusiyanın gələcəyi naminə qələbə qazandıq"

Bazar günü Rusiyada keçirilən prezident seçkilərində ilkin nəticələrə görə baş nazir Vladimir Putin liderlik edir.


Mitinqdə çıxış edən Rusiyanın hazırki prezidenti Dmitri Medvedev Putinin qələbə çalacağına əminliyini ifadə edib. Putin isə öz çıxışında bildirib ki, o, açıq və şəffaf seçkilərdə qələbə qazanıb. Çıxış edərkən Putin göz yaşlarını saxlaya bilmədi.

"Biz Rusiyanın gələcəyi naminə qələbə qazandıq", - Putin deyib.

Rusiya MSK-sının məlumatına əsasən, seçki protokollarının 70% faizinin hesablanması nəticəsində Vladimir Putin 64,9% səs qazanıb.

Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanova 17,01%, müstəqil namizəd Mixail Proxorova 6,85%, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə 6,45%, Ədalətli Rusiya Partiyasından olan namizəd Sergey Mironova 3,71% səs verib.

Rusiya MSK-sının sədri Vladimir Çurov bildirib ki, protokolların üçdə birinin hesablanmasından sonra seçicilərin gəlişi 64% təşkil edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm