Kürdlər Sincar dağında İŞİD-in mühasirəsini yardı - FOTO
Bizi izləyin

Dünya

Kürdlər Sincar dağında İŞİD-in mühasirəsini yardı - FOTO

İraqın şimalında kürd qoşunları İslam Dövləti üzərində mühüm taktiki qələbə əldə ediblər.

Publika.az-ın məlumatına görə, kürd qüvvələri İŞİD-nin avqustdan bəri mühasirədə saxladığı Sincar dağının mühasirəsini yara bilib.

Hücuma havadan ABŞ hərbi aviasiyası da dəstək verib. Ümumi sayı 8 min olan kürd döyüşçüləri iki tərəfdən Sincar dağı istiqamətində hücuma keçərək, qaçqınların mühasirədən çıxması üçün dəhliz yaradıblar.

Kürdlərin hərbi liderləri qaçqınların evakuasiyasının davam etdiyini bildirib.

Qeyd edək ki, Sincar dağında İraqın İŞİD hücumundan qaçan minlərlə yezidi kürdü sığınacaq tapmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm