Dünya
Rus avtomobillərin ölkəyə gətirilməsi qadağan edilir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” “AZS 635-2012” dövlət standartının tələblərinə əsasən mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal edilən avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Dövlət Komitəsindən verilən məlumata görə, bu tələblərə cavab verməyən avtomobillərin Azərbaycana idxalına və Azərbaycanda istehsalına icazə verilməyəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov
açıqlamasında bildirir ki, bu qərar Azərbaycanda Avro standartlara
keçidlə bağlıdır: “Avro standartlar yalnız avtomobillərin matoru və
benzinlə bağlı standartlar deyil.Bu standartlara nəqliyyat
sisteminə aid standartların tətbiqi də daxildir.Hansıki bunlar
ekoloji, təhlükəsizlik standarlarıdır”.
V.Bayramovun fikrincə, ABS əyləc sistemi və təhlükəsizlik yastığı
olmayan avtomobillərin idxalının qadağası müsbət addım olsa da
standartların tətdiqi maşın bazarında dəyişikliklərə gətirib
çıxaracaq: “Nəzərə alsaq ki, Rusiyada istehsal edilən az sayda
avtomobildə ABS əyləc sistemi və təhlükəsizlik yastığı var.O
baxımdan Rusiya istehsalı olan əksər avtomobillər, eləcə də
Azərbaycanda kifayət qədər məşhur olan VAZ 07. Və VAZ 06
maşınlarının ölkəyə gətirilməsi qadağan ediləcək. Nəticədə Rusiya
istehsallı maşınlarla bağlı bazarda qıtlıq yaranacaq. Hansıki
Rusiya avtomobillərinə tələbat azalmayıb”.
Məlum olur ki, standartların tətbiqi bazarda Rusiya istehsalı olan
avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq:
“Bahalaşma Qərb ölkələrindən gətirilən maşınların qiymətinə təsir
göstərməyəcək. Çünki, analoji sistem Avopa və Qərbdə 80-ci illərin
əvvəlindən tətbiq edilir”.
Publika.Az
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü