Pakistanda məktəblilərin qisası alınır
Bizi izləyin

Dünya

Pakistanda məktəblilərin qisası alınır

Pakistanın Xayber Paxtunxva əyalətinin Peşavar şəhərində hərbi məktəbdə törədilmiş terror aktından sonra hökumət qüvvələri ölkənin şimal-qərbində məskunlaşan terrorçulara zərbələr endirirlər.

Pakistan ordusunun yaydığı məlumata görə, son bir neçə gün ərzində hərbçilər ölkənin şimal-qərbində, qəbilələrin məskunlaşdığı ərazilərdə təxminən 80-ə yaxın terrorçunu məhv ediblər.

Məlumatda qeyd olunur ki, terrorçuların 32 nəfəri Pakistan-Əfqanıstan sərhədi yaxınlığında, Tirax vadisində mühasirəyə alınaraq məhv edilib. Hərbçilər arasında yaralananlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm