Rusiya ABŞ-a xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Rusiya ABŞ-a xəbərdarlıq etdi

ABŞ prezidenti Barak Obama tərəfindən imzalanmış "Ukraynanın azadlığına dəstək barədə" qanun Moskva ilə Vaşinqton arasında normal münasibətlərin uzun müddətə pozulmasına səbəb ola bilər.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib. Rusiya XİN nümayəndəsinin verdiyi məlumata görə, Sergey Lavrov bu barədə xəbərdarlığı ABŞ dövlət katibi John Kerri ilə telefon söhbəti zamanı səsləndirib.

Qeyd edək ki, ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə yol açan qanunu imzalayıb. Bununla belə Ağ Ev qeyd edib ki, ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların dərhal yeridilməsini planlaşdırmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm