Mitinqlər Nyu-Yorku da bürüdü – Son dəqiqə
Bizi izləyin

Dünya

Mitinqlər Nyu-Yorku da bürüdü – Son dəqiqə

ABŞ-da polis şiddətinə qarşı etiraz aksiyaları Nyu-Yorkda da başlayıb.


Publika.az xəbər verir ki, yüzlərlə amerikalı şəhərin küçələrinə axışıb. Nyu-York bələdiyyə binasının yaxınlığında toplaşan 200-ə qədər etirazçı şəhərin maliyyə mərkəzi “Wall Street” və çinlilərin kompakt şəkildə yaşadığı “Chinatown”dan keçərək “Manhattan” körpüsünə doğru yürüş ediblər.


Ağdərili polisin qaradərili yeniyetməni öldürməsinə etiraz əlaməti olaraq körpünün üstündə yerə uzanan etirazçılar yolu bağlayıblar.


Ekspertlər ABŞ-da daxili münaqişələrin baş verməsini istisna etmir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm