Dünya
Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi
Vaşinqton düşmən bəyanatlarını davam etdirdiyi təqdirdə, Pxenyan nüvə silahına əl atmaq niyyətindədir.
Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Şimali Koreya nüvə energetikası sahəsi də daxil olmaqla hərbi qüvvəsini gücləndirməyə söz verib.
Koreya hökumətinin bəyanatında deyilir: “ABŞ-ın yürütdüyü düşmən siyasəti bizim respublikanı işğal etmək niyyəti güdür. Belə bir vəziyyətdə Koreya yarımadasının nüvədən azad zonaya çevirmək ideyası artıq öz əhəmiyyətini itirib”.
Bundan əlavə, KXDR hökuməti FTB-yə “Sony Pictures” kino şirkətinə edilən kiber hücumların birgə araşdırılması təklifini irəli sürüb. Qeyd edək ki, Vaşinqton haker hücumlarında Şimali Koreyanı günahlandırıb. Pxenyan isə bütün ittihamları təkzib edir.
Xatırladaq ki, naməlum hakerlər “Sony Pictures” kino şirkətinə noyabr ayının sonlarında hücum edib. Nəticədə, hələ ekranlara çıxmayan bir neçə film internetə sızıb.
Camalə
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!