Rusiya ABŞ-ın sanksiyalarını rədd etdi
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ın sanksiyalarını rədd etdi

Rusiya Krımla bağlı tarixi hüquqa malik olduğunu bildirərək, ABŞ-ın Krımın ilhaqına görə tətbiq etdiyi yeni sanksiyaları rədd edib.

Publika.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyi sanksiyaların Rusiyanı Krımdan əl çəkməyə vadar edə bilməyəcəyini bildirib. "Krım Rusiyanın inteqral tərkib hissəsidir", - Rusiya XİN-i bəyan edib.

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı ticarət sanksiyaları tətbiq edib.

Ağ Evin bəyanatında bildirilib ki, qərar regionda bizneslə məşğul olan Amerika korporasiyalarına aydınlıq gətirir. Bəyanatda deyilib ki, prezidentin qərarı Vaşinqtonun Rusiyanın Krımı işğalını qəbul etməməsinə işarədir.

Ticarət yasaqları Ukraynanın şərq bölgəsindəki iğtişaşlarda əli olan 24 fərd və şirkətlərə şamil edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm