İranla Ermənistan arasında viza ləğv edilir
Bizi izləyin

Dünya

İranla Ermənistan arasında viza ləğv edilir

İranla Ermənistan arasında viza rejimi tezliklə ləğv edilə bilər.Bunu İranın Ermənistandakı səfiri Mohammad Reisi bildirib. O həmçinin Ermənistan televiziyasına müsahibəsində deyib ki, İran prezidenti Hasan Rohaninin ilin sonunda Ermənistana rəsmi səfəri nəzərdə tutulub. Amma səfir dəqiq vaxt göstərməyib.

Ötən il Həsən Ruhaninin andiçmə mərasimində Ermənistan prezidenti Serj Sərkisyan da iştirak edib, prezidentlərin ayrıca görüşü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm