Pakistan iki terrorçunu edam etdi
Bizi izləyin

Dünya

Pakistan iki terrorçunu edam etdi

2008-ci ildən indiyədək qüvvədə olan moratoriumdan sonra dünən Pakistanda iki edam hökmü icra olunub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, edam olunan terrorçunun biri Pakistan ordusunun qərargahına hücum etməkdə, digəri isə ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə sui-qəsddə təqsirli bilinib.

Qeyd edək ki, Pakistanın Baş naziri Nəvaz Şərif terrorçuluqla mübarizə tədbirlərini gücləndirmək və ölüm hökmünə qoyulmuş moratoriumu ləğv etmək qərarına gəlib. Bu qərar yaraqlıların Peşavar şəhərinə hücumundan sonra verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm