Özünü 12-ci İmam elan edib polisə atəş açdı - VİDEO
Bizi izləyin

Dünya

Özünü 12-ci İmam elan edib polisə atəş açdı - VİDEO

Türkiyənin Bursa şəhərində yaşayan İrfan adlı şəxs özünü 12-ci İmam Mehdi elan edib.

Publika.az-ın məlumatına görə, "Mehdi" 3 mərtəbəli binanın zirzəmisindəki evinin pəncərəsindən küçədən keçənlərə atəş açaraq Sahibi Zaman mənəm deyə qışqırmağa başlayıb. Hadisə yerinə gələn polislərin xəbərdarlığına məhəl qoymayan "zamanın sahibi" hüquq-mühafizə işçilərinə də atəş açıb. Nəticədə 3 polis əməkdaşı yaralanıb.

"Əsl Mehdi mənəm. Məni İranda gözləyirlər. İrana "F" əlavə etsən İrfan olur. Bu gün 21 dekabr, gecələrin bitib, gündüzlərin uzandığı bir gündür. İki uşağım var, məndən sonra da onlar mənim missiyamı davam etdirəcəklər", - deyə bəyanat verib.

"Sahibi Zamam" atasının həyətdəki avtomobilini yandırmaq istəyərkən polislər tərəfindən zərərsizləşdirilib.


Bursa'da Dehşet! "Ben Mehdi'yim" Diyen Şahıs 3... haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm