Dünya
Fətullah Gülənin qəzetləri əlindən alınır
Polis Türkiyənin ən çox satılan Zaman qəzeti və
Samanyolu televiziyasını araşdırmağa davam edir. Hər iki yayım
şirkəti İslam din adamı Fətullah Gülənin Hizmət hərakatına
bağlıdır. Bu media şirkətlərinin işçiləri terrorizmlə əlaqəli
olduğu iddia edilir. Qəzetin ingilis dilində çapının baş redaktoru
Bülent Kenes deyir ki, yeni qanunvericilik hər iki şirkəti müsadirə
etməyə imkan yaradır.
"Çox ehtimal ki, Ərdoğan Hizmət hərakatını və şirkətin
jurnalistlərini terror təşkilatının bir hissəsi kimi göstərərək,
Zaman media orqanını müsadirə etməyi planlayır. Yeni qanuna əsasən
o, Hizmət hərakatına yaxın olan media orqanları, habelə Zaman
qəzetivə Samanyolu televiziyasının əmlakını müsadirə edə
bilər."
Polisin Zaman qəzeti və Samanyolu televiziyasına qarşı
əməliyyatından bir gün əvvəl qüvvəyə minmiş yeni qanuna əsasən
terrorizmə görə istintaqı aparılan şəxslərin əmlak və şirkətləri
müsadirə edilə bilər. Hətta bu şəxslər cinayət törətməmiş olsalar
belə, əgər onların günahkar sayılmaları üçün əsaslı şübhə varsa
qanunun tətbiqi mümkün olur. Təhlilçilər deyir ki, yeni qanun çox
güman ki, Gülən hərakatının biznes maraqlarını hədəf alır.
İstanbulda yerləşən Qlobal Mənbə Tərəfdaşlarından təhlilçi Atilla
Yeşilada deyir ki, media orqanlarına qarşı aparılan istintaqın
Türkiyə iqtisadiyyatına geniş təsirləri ola bilər.
"Gülənçi biznes təşkilatı Tuskonun 75000-dən çox üzvü var. Biz bir
neçə şirkətdən danışmırıq. Mənim fikrimcə, hökumətin əmlak
müsadirəsi ilə bağlı yeni qanunun Zaman və Samanyolu qrupuna tətbiq
ediləcək."
Ancaq təhlilçilərin fikrincə, əmlak və mülkiyyətin müsadirəsi
sadəcə Türkiyə iqtisadiyyatına təsiri ilə məhdudlaşmır. Türkiyə
kimi inkişaf etməkdə olan bazarların iqtisadi qeyri-stabilliklə
üzləşməsi artan siyasi nəzarətlə əlaqələndirilir.
Finansbank şirkətinin baş iqtisadçısı İnan Dəmir deyir ki, belə bir
mühitdə beynəlxalq ictimaiyyət Türkiyə rəsmilərinin bu addımlarına
yumşaq reaksiya verməyə bilər.
"Əgər ümumi iqtisadi həssaslıq güclüdürsə, insanlar bu kimi
hadisələrə iqtisadi təhdid kimi deyil, adi bir qəza kimi baxır.
Ancaq investorlar çox pozitiv olsalar belə, bu kimi addımlar
yardımçı olmur."
Bir vaxtlar yaxın müttəfiq olan Gülən və Ərdoğan arasındakı
münaqişənin getdikcə artması bu həftənin əvvəlində Türkiyə
valyutasının kəskin düşməsi ilə nəticələnsə də, daha sonra bu
itkilər bərpa olub.
Təhlilçilər xəbərdarlıq edirlər ki, bu münaqişənin böyüməsi
gələcəkdə siyasi və iqtisadi qeyri-stabilliyə gətirib çıxara
bilər.
Müşavir Atilla Yeşilada deyir ki, hətta Gülənçi şirkətlərin
əmlakları müsadirə edilməsə belə, şirkətlər inkişafda təzyiqlərlə
üzləşəcək.
"Hökumət Gülən hərakatına bağlı şirkətlərə qarşı ayrı-seçkiliyi
gizlətmir. Bu şirkətlərin çoxu qorxu altında fəaliyyət göstərir.
Koza Altin kömür şirkətindən bildiriblər ki, bir il ərzində 147
dəfə yoxlanış keçirilib. Kömür şirkətlərində on illərlə yoxlanış
keçirilməyən Türkiyə üçün bu, misiilsiz bir haldır".
Rəsmilər Türkiyənin ən böyük İslam banklarından Asiya Bankın
hissələrinin alqı-satqısına qadağa qoyub və bank dəfələrlə
yoxlamalarla üzləşib.
Cümə günü ittihamçılar Güləni kriminal təşkilatın başçısı elan
edib. Müşahidəçilər onun tərəfdarlarına qarşı təzyiqlərin
artacağını deyir./Amerikanın səsi/
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...