Dünya
Nazarbayevdən Moskvaya mesaj: “O şəxsdə ümumiyyətlə beyin yoxdur”
“Sovet İttifaqını yenidən yaratmaq istəyən şəxsdə ümumiyyətlə beyin yoxdur”.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Qazaxıstan prezdenti Nursultan Nazarbeyev Astanada jurnalistlərlə illik görüşdə deyib.
Qazaxıstan prezidentinin fikrincə, Avrasiya İqtisadi İttifaqı hazırda yaranmış böhranlarla əlaqədar əhəmiyyətli risklərə məruz qalır: “Bu gün Avrasiya İqtisadi İttifaqı böhranlarla əlaqədar çox böyük riskə məruz qalır. Hazırda müstəqilliyin itirilməsi və Sovet İttifaqının yenidən yaradılması haqqında danışıqlar gedir. Bu, tamamilə cəfəngiyatdır. Sovet İttifaqını yenidən yaratmaq istəyən şəxsdə ümumiyyətlə beyin yoxdur”.
"Marksizm-leninizm ideologiyası və Kommunist Partiyası hamını tabelikdə saxlayırdı, indi o yoxdur. Vahid iqtisadi orqanizm var idi, indi o yoxdur. İndi əgər uşaqdan Leninin kim olduğunu soruşsanız, o, bu suala cavab verə bilməyəcək", - Nazarbayev bildirib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılan, Rusiya, Belarus və Qazaxıstanın üzv olduğu qurumdur. İttifaqın yaradılması haqqında müqavilə 1 yanvar 2015-ci ildən qüvvəyə minir. Sözügedən müqavilə isə 29 may 2014-cü ildə imzalanıb.
Avrasiya İttifaqının tənqidçiləri isə hesab edir ki, yeni qurum SSRİ-nin dağılmasından sonra Rusiyanın imperiya ambisiyalarını canlandırmaq cəhdidir.
Ömər Dağlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR