Saakaşvili Gürcüstana qayıdacağı tarixi açıqladı
Bizi izləyin

Dünya

Saakaşvili Gürcüstana qayıdacağı tarixi açıqladı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili gələn il ölkəsinə qayıtmaq niyyətindədir.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Saakaşvili “Facebook” səhifəsində yazıb.

“Ad günüm ilə əlaqədar təbriklərə görə hamı sağ olsun. Gələn il Gürcüstanda görüşəcəyik", - keçmiş prezident qeyd edib.

Dünən Gürcüstanın sabiq prezidentinin 47 yaşı tamam olub. 2013-cü ilin noyabrında ölkənin yeni prezidenti Georqi Marqvelaşvilinin inaqurasiyasından dərhal sonra ölkəni tərk edən Saakaşvili o vaxtdan vətənə qayıtmayıb.

Sabiq prezident 2005-ci ildə Gürcüstan parlamentinin deputatı olan Valeri Qelaşvilini döyməkdə, 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıtmaqda, “İmedi” telekanalının təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətini mənimsəməkdə, həmçinin dövlət büdcəsindən 5 milyon dollardan çox vəsaiti qeyri-qanuni xərcləməkdə ittiham olunur.

Tiflis şəhər məhkəməsi 2 avqustda Saakaşvili barəsində ehtiyat tədbir kimi qiyabi həbs hökmü çıxarıb. Saakaşvili isə iddiaların saxta və sifarişli olduğunu bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm