Poroşenkoya qarşı sui-qəsdçilər qrupu yaradılıb – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Poroşenkoya qarşı sui-qəsdçilər qrupu yaradılıb – ŞOK İDDİA

Donbas hövzəsindəki könüllü batalyonların keçmiş komandirləri, Ukrayna Ali Radasının deputatları Andrey Teteruk, Yuri Bereza və Semyon Semençenko “Üçüncü Maydan”ı hazırlayır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentliyinə keçmiş namizəd, “Cənub-Şərq” hərəkatının lideri Oleq Tsarev “LifeNews”a açıqlamasında deyib.

Onun sözlərinə görə, batalyonların keçmiş komandirləri artıq bu məsələ barədə görüş keçiriblər və atılacaq addımları müzakirə ediblər. “Vəziyyətin əlverişli inkişafı halında yeni Maydan hazırlanacaq və mövcud hakimiyyətə qarşı çıxacaqlar”, - Tsarev bildirib.

Hərəkat lideri Ali Radadan kənarda qalan “Azadlıq” Partiyasının da sui-qəsdçilər qrupuna qoşulduğunu iddia edib: ““Azadlıq” Partiyasından başqa “Aydar” batalyonu da hərbi çevrilişi dəstəkləməyə hazırdır. Könüllülər Poroşenkonu Ukraynanın cənubi-şərqində qətiyyətli hərəkət etməməkdə ittiham edirlər”.

Ukraynalı politoloq Vasiliy Stoyakin qeyd edir ki, ordu üsyan edə bilər. Onun sözlərinə görə, Poroşenkonun sülh əhvali-ruhiyyəsi hərbçiləri razı salmır: “Hazırda hərbçilərə atəş açmaq qadağan edilib. Sabah onlara cəbhə xəttindən artilleriyanı uzaqlaşdırmaq barədə əmr verə bilərlər. Belə bir əmr artıq hazırlanıb. Ukrayna prezidentini Ali Radada da dəstəkləmirlər. “Pyotr Poroşenkonun Bloku” parlament koalisiyasına daxil olmasına baxmayaraq, Arseniy Yasenyuk və Yuliya Timoşenko istənilən vaxt vahid cəbhədə birləşməyə və prezidentə qarşı çıxmağa hazırdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm