Pxenyan Ağ Ev və Pentaqonu vuracağını bəyan etdi
Bizi izləyin

Dünya

Pxenyan Ağ Ev və Pentaqonu vuracağını bəyan etdi

Pxenyan Ağ Ev, Pentaqon və "bütün Amerika ərazisinə” hücumlar edəcəyi barədə ABŞ-ı hədələyib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Şimali Koreyanın dövlət informasiya agentliyi STAK bildirib.

“Koreya Xalq Demokratik Respublikası ABŞ-la qarşıdurmanın bütün cəbhələrində, həmçinin kibersahədə müharibəyə hazırdır. Cavab hərəkətləri artıq hazırlanıb. Bizim hədəfimiz Amerika imperialistlərinin bütün qalalarıdır”, - xəbərdə deyilir.

Qeyd edək ki, ABŞ-ın Sony Pictures şirkətinə haker hücumu olub və ABŞ hücumun arxasında Şimali Koreyanın dayandığını bildirir. Ağ Evin bəyanatı Federal Təhqiqat Bürosunun (FTB) araşdırmasının nəticəsinə əsaslanır. FTB-nin gəldiyi nəticəyə görə, Pxenyan “Müsahibə” adlı komediyanın nümayişə çıxarılmasının qarşısını almaq istəyir. Həmin komediya Şimali Koreya lideri Kim Jong İnin öldürülməsi məqsədilə sui-qəsdin hazırlanması barədədir.

Pxenyanın isə iddiaları rədd etməsinə baxmayaraq ABŞ prezidenti Barak Obama söz verib ki, Sony Pictures şirkətinə edilən kiberhücuma lazımı cavab veriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm