Azərbaycanlı müşahidəçilər Özbəkistandakı seçkiyə qiymət verdilər
Bizi izləyin

Dünya

Azərbaycanlı müşahidəçilər Özbəkistandakı seçkiyə qiymət verdilər

Azərbaycan missiyası Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin keçirilməsini və təşkilini gözəl qiymətləndirir.

Bunu bazar ertəsi Trend-ə Özbəkistanda parlament seçkilərinin gedişatını müşahidə edən Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası qrupun üzvü Aydın Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan missiyası seçkilərdə demokratik dəyişikliklər üzrə tərəqqidən və cəmiyyətin milli maraqlarına diqqətli münasibətindən məmnun qalıb: "Missiyamız Daşkənddə dairələrdən birindəki seçki məntəqələrinə baş çəkərək seçki komissiyasının işi və Səmərqənddə səsvermənin gedişi ilə tanış olub".

A.Abbasov qeyd edib ki, seçkilər Özbəkistan xalqının ölkə rəhbərliyinin irəli sürdüyü bütün təşəbbüsləri dəstəklədiyini nümayiş etdirdi.

Dekabrın 21-də keçirilmiş seçkilərdə respublikada fəaliyyət göstərən 4 siyasi partiya iştirak edib. Bunlar Liberal Demokrat, Özbəkistan Xalq Demokratik, "Milli Dirçəliş" Milli Demokrat və "Ədalət" Sosial Demokrat partiyalarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm