Putin Obamanı Moskvaya çağırdı, Obama rədd etdi
Bizi izləyin

Dünya

Putin Obamanı Moskvaya çağırdı, Obama rədd etdi

ABŞ prezidenti Barak Obama İkinci Dünya Müharibəsində qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Moskvaya dəvət edilib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, dəvət Hitler Almaniyasına qarşı yaradılan koalisiyanın iştirakçısı olan ölkələrin, həmçinin ABŞ, Böyük Britaniya, Çin və Fransanın liderlərinə göndərilib. Y.Uşakov bildirib ki, Obama və Putinin mümkün görüşü haqqında danışıqlar hələ aparılmır.

ABŞ prezidenti Barak Obama Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək tədbirlərdə iştirak etməkdən imtina edib.

Bu barədə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox bildirib.

“Prezident yaxın gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırmır", - Strox deyib.

Xatırladaq ki, Moskva Barak Obamanı 2010-cu ildə qələbənin 65 illiyi ilə bağlı keçirilən tədbirlərə iştirak etmək dəvət etmişdi. Ancaq Amerika lideri Rusiya paytaxtına gəlməmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm