Putin ölkədən kapital axınında 50 faizlik təskinlik tapdı
Bizi izləyin

Dünya

Putin ölkədən kapital axınında 50 faizlik təskinlik tapdı

2014-cü ilin nəticələrinə görə, Rusiyadan kapital axını 120-130 milyard dollar təşkil edəcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Federasiya Şurasının üzvləri ilə görüşdə Rusiya prezidenti Vladimir Putin bildirib.

Amma dövlət başçısı təskinlik verib ki, kapitalın ixracının təxminən yarısı əhalinin valyuta əməliyyatları ilə yaranıb.

“Gəlin bir məqamı unutmayaq. Kapital ixracının 50 faizi Rusiya vətəndaşlarının mübadilə əməliyyatlarıdır. Rusiyalılar rublu başqa valyutalarla, əsasən dollar və avro ilə dəyişdilər. Amma bu pul ölkədə qalıb”, - Vladimir Putin vurğulayıb.

Prezident xatırladıb ki, 2008-ci ildə kapital axını daha çox - 137 milyard dollar idi.

Rusiya Mərkəzi Bankın proqnozuna görə, ölkədən kapital axını 2014-cü ildə 128 milyard dollar təşkil edəcək. İqtisadi İnkişaf Nazirliyi isə bu rəqəmin 100 milyard dollar olacağını bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm