Rusiya nüvə bombardmançıları ABŞ hərbi bazası üzərində
Bizi izləyin

Dünya

Rusiya nüvə bombardmançıları ABŞ hərbi bazası üzərində

NATO tərəfindən “Bear” (Ayı) kod adı verilmiş iki “Tu-95” bombardmançı təyyarəsi 13 dekabr 2014-cü il ABŞ-ın Sakit okeandakı Quam adasının üzərindən uçub.

Publika.az-ın xəbər verir ki, ABŞ-ın “The Washington Free Beacon” nəşri bunun artıq bir ay ərzində üçüncü analoji hadisə olduğunu yazıb.

Məqalənin müəllifi Quam adasında ABŞ-ın ən böyük hərbi bazası yerləşdiyini qeyd edib. Nəşr Pentaqondakı mənbələrə istinad edərək bildirir ki, Rusiya bombardmançıları 7 dekabrda bombardman təqlidi yerinə yetirərək Kalininqrad vilayətindəki bazalardan Quama tərəf uçuşlar həyata keçirib.

Məqalənin müəllifi xatırladıb ki, ötən iki il ərzində Rusiya aviasiyasının uçuşları mühüm siyasi hadisələrə uyğunlaşdırılıb. Uçuşlardan biri ABŞ prezidentinin 2013-cü ildə Konqresdəki məruzəsinə, digəri isə Rusiya Federasiyasının lideri Vladimir Putinin ABŞ prezidenti Barak Obama ilə görüşünə təsadüf edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm