İtaliyada 14 neofaşist həbs edildi
Bizi izləyin

Dünya

İtaliyada 14 neofaşist həbs edildi

İtalyan polisi neofaşist hərəkətlərlə əlaqələrdə şübhəli hesab olunan 14 nəfəri həbs edib.

Publika.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, saxlanılanlar “Avanqard yeni qaydalar” təşkilatının üzvləridir.

Məlumata görə, təşkilatın üzvləri siyasətçilərə, o cümlədən prokurorlar və polislərə qarşı terror aktlarını təşkil etməyə hazırlaşırdılar. Həbs edilənlərdən biri qruplaşmanın lideri 48 yaşlı Stefano Mannidir.

Polisdə bildiriblər ki, “Avanqard yeni qaydalar” təşkilatı ötən əsrin yetmişinci illərdə siyasi zorakılığı təcrübədən keçirmiş "Yeni qayda" hərəkatından ilham alaraq yaradılan gizli təşkilatdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm