Şahzadə məhkəməyə çağırıldı
Bizi izləyin

Dünya

Şahzadə məhkəməyə çağırıldı

İspaniya kralı VI Filippinin bacısı şahzadə Kristina fırıldaqçılıq məsələsinin araşdırılması ilə bağlı məhkəmə qarşısında ifadə verməli olacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Balear adalarının Ali Məhkəməsi qərar qəbul edib.

Kralın ən yaxın qohumunun qanun pozuntusu ilə bağlı şübhələr əsasında məhkəməyə dəvət edilməsi müasir İspaniyanın ən yeni tarixi üçün görünməmiş hadisə sayılır.

Həmin işdə əsas şübhəli şəxs qismində şahzadə Kristinanın əri, həndbol üzrə Olimpiya çempionu Inaki Urdanqarinin adı keçir.

Şahzadə Kristina və onun əri heç bir qanun pozuntusuna yol vermədiklərini bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm