• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

2 polisi öldürməzdən əvvəl İnstagramda status paylaşdı - FOTOLAR

  • Dünya
  • 23 Dekabr 2014 10:05
  • 420 Baxış
2 polisi öldürməzdən əvvəl İnstagramda status paylaşdı - FOTOLAR

Amerika Birləşmiş Ştatlarında iki polisi güllələyən şəxs cinayəti törətməzdən əvvəl "İnstagram" sosial şəbəkəsindəki səhifəsində Ferqyuson şəhərində öldürülmüş Erik Qarnerin qisasını alacağını yazıbmış.

Publika.az “CNN”-ə istinadən xəbər verir ki, Baltimor şəhərindən olan 28 yaşlı İzmail Brinsli əvvəlcə keçmiş sevgilisini güllələyib. Sonra avtomobilinə oturaraq 300 kilometr aralıda yerləşən Nyu-York şəhərinə gəlib. Saat 3-də Bruklinə çatıb və qarşısına çıxan iki polis patrulunu güllələyib. Nəticədə 2 polis həlak olub.

Bundan sonra Brinsli metro keçidinə düşüb və orada tapançadan öz başına atəş açaraq intihar edib.

Xatırladaq ki, qaradərili Erik Qarner Ferqyuson şəhərində polis özbaşınalığı nəticəsində öldürülmüşdü.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR