Kreml Ukraynanı Rusiyanın potensial hərbi rəqibi elan etdi
Bizi izləyin

Dünya

Kreml Ukraynanı Rusiyanın potensial hərbi rəqibi elan etdi

“Rusiya Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinasına reaksiya verəcək”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev “Facebook” səhifəsində yazıb.

“Prezident Pyotr Poroşenko Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinası haqqında qanun layihəsini Ali Radaya göndərib. Bu, faktiki olaraq, NATO-ya girişə sifarişdir və Ukraynanı Rusiyanın potensial hərbi rəqibinə çevirir”, - Medvedev qeyd edib.

Rusiyanın baş naziri ABŞ-ı da tənqid edib: “ABŞ prezidenti istənilən vaxt istənilən Amerika prezidentinə ölkəmizə qarşı sanksiyalardan istifadə etməyə ixtiyar verən antirus qanunu imzaladı. Bu qanun Amerika ilə bizim münasibətlərimizi onilliklərlə zəhərləyəcək".

D.Medvedev bildirib ki, hər iki qərarın ekstremal mənfi nəticələri olacaq. O, Rusiyanın cavab addımları atmalı olacağını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm