FTX “S-300”lərin hissələrini Ukraynaya aparan şəxsi saxladı
Bizi izləyin

Dünya

FTX “S-300”lərin hissələrini Ukraynaya aparan şəxsi saxladı

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları “S-300” və "Buk-M1" zenit-raket kompleksləri üçün istifadə olunan elektron bloklarının ölkədən qeyri-qanuni çıxarılmasının qarşısını alıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Məlumata görə, dekabrın 17-də “S-300” və "Buk-M1” kompleksləri üçün elektron blokları Ukraynaya aparmaq istəyən Ukrayna vətəndaşı Denis Dançenkonun cəhdinin qarşısı alınıb. Qeyd olunur ki, Ukrayna vətəndaşı elektron blokları kondisionerlər adı altında Ukraynaya aparmaq istəyirdi.

FTX-dən bildirilib ki, Denis Dançenkonun Rusiyadan dərhal qovulması haqqında qərar qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm