Qocalar evində kütləvi zəhərlənmə, 3 ölü
Bizi izləyin

Dünya

Qocalar evində kütləvi zəhərlənmə, 3 ölü

İranın Tehran əyalətinin Pakdəşt şəhərində qocalar evində keyfiyyətsiz xörək 30 nəfərin zəhərlənməsinə səbəb olub.

Bunu ölkənin Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Müctəba Xalidi deyib. Bu barədə Trend İranın Fars agentliyinə istinadən məlumat verir.

M.Xalidi bildirib ki, zəhərlənən şəxslərdən 3-ü təcili tibbi yardım gələnə kimi həyatını itirib, 27 nəfər isə xəstəxanaya çatdırılıb.

Onun sözlərinə görə, ölənlərin hər üçü kişidir: “Xəstəxanaya çatdırılan şəxslərin vəziyyəti qənaətbəxşdir. Yalnız bir nəfərin vəziyyəti ağır olduğu üçün Tehranın Loğman xəstəxanasına köçürülüb”.

Hadisə ilə bağlı cinayət işi açılıb, xörəkdən nümunə götürülüb, ekspertizaya göndərilib və araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm