Rusiya Ermənistanın təhlükəsizliyini kosmosdan müdafiə edəcək
Bizi izləyin

Dünya

Rusiya Ermənistanın təhlükəsizliyini kosmosdan müdafiə edəcək

“Anqara-A5" ağırtipli raket-daşıyıcısı yalnız ölkənin iqtisadi ehtiyacları üçün deyil, həm də müdafiə hədəfləri üçün istifadə olunacaq”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin raket-daşıyıcısının Plesetsk kosmodromdan buraxılışı zamanı deyib.

O, Rusiya ilə yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin də müdafiə qabiliyyətinin təminatında “Anqara-A5" ağır tipli raket-daşıyıcısından istifadə olunacağını dilə gətirib.

Qeyd edək ki, Rusiya prezidenti raket-daşıyıcısının birinci sınaq işə salınmasının gedişini video-konfrans rejimində müşahidə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm