Ukraynanın neytral statusu ləğv edildi
Bizi izləyin

Dünya

Ukraynanın neytral statusu ləğv edildi

Ukrayna parlamenti NATO üzvlüyünə doğru növbəti addım ataraq, Kiyevin neytral stasunu ləğv edib.

Publika.az-ın məlumatına görə, qanunvericilərin əksəriyyəti neytral statusun ləğv olunmasının leyhinə səs verib. Bu status 2010-cu ildə Rusiyanın təzyiqi altında qəbul edilib və nəticədə Kiyevin hərbi ittifaq yaratmasının qarşısı alınıb.

Ukraynanın şərqində Kiyev Rusiyanın dəstəklədiyi üsyançılara qarşı döyüşməyə davam etdiyi üçün Ukrayna prezidenti Petro Poroşenko ölkənin Qərbin hərbi ittifaqı olan NATO-nun üzvü olması üçün namizədliyini irəli sürəcəyini bildirib.

Rusiyanın İnterfaks xəbər agentliyinin bildirdiyinə görə, Rusiya diplomatı Andre Kelin bunu “düşmən” bir addım adlandırıb. O, Moskvanın mənfi şəkildə cavab verəcəyini bildirib, lakin detalları paylaşmayıb.

Kelin Moskvanın ATƏT-dəki nümayəndəsidir. ATƏT Kiyev və üsyançılar arasında sülh yaratmağa cəhd edir.

Bazar ertəsi Rusiya baş naziri Dmitriy Medvedev öz Facebook səhifəsində bildirib ki, Ukrayna neytral statusunu ləğv etdiyi halda, o, Rusiyanın “hərbi düşməninə çevrilə bilər.”

Rusiyanın Ukrayna ilə münasibətləri Kiyevin Moskvanın dəstəklədiyi prezidenti devirərək, onu Qərbə yaxın olan hakimiyyətlə əvəz etməsindən sonra dəyişib.

Moskva buna cavab olaraq Krım yarımadasını ilhaq edib. Ukrayna və Qərb liderləri Rusiyanı rusdilli üsyançıları dəstəkləməkdə və silahla təmin etməkdə ittiham edir. Rusiya bunları inkar edir və regiondakı Rusiya qoşunlarının orada könüllü olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm