NASA Veneraya göndərmək üçün stansiyaları hazırlayır
Bizi izləyin

Dünya

NASA Veneraya göndərmək üçün stansiyaları hazırlayır

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri Venera planetinə uçuşlar üçün stansiyalar hazırlayırlar.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “The Independent” nəşri yazıb.

Hər stansiyanın içində iki astronavt olacaq. Ekspedisiya 30 gün davam edəcək və sonra tədqiqatçılar geri qayıdacaqlar. NASA alimləri bildirirlər ki, Veneranın tədqiqatı Marsın tədqiqatı ilə müqayisədə əhəmiyyətli dərəcədə perspektivlidir. Veneranın kimyəvi tərkibinin Yer planeti ilə çox oxşar olduğu, həmçinin Marsla müqayisədə Yerə daha yaxın yerləşdiyi deyilir.

Veneranın səthində temperatur müsbət 462 dərəcəyə çatır, atmosfer təzyiqi isə Yerdən 92 dəfə çoxdur. Buna görə də insanların planetin səthinə enməsinin mümkün olmadığı bildirilir. Amma uçan stansiya astronavtlara Veneranı təhlükəsiz tədqiq etməyə imkan verəcək. Alimlər hesablayıblar ki, Veneranın səhtindən 48 kilometr hündürlükdə temperatur insan həyatı üçün münasib olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm