Ərdoğan 100 min istəmişdi, 10 min qazandı
Bizi izləyin

Dünya

Ərdoğan 100 min istəmişdi, 10 min qazandı

Türkiyə məhkəməsi prezident Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasınının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı iddianı qismən təmin edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan məhkəmə hökmünə əsasən Kılıcdaroğludan 10 min lirə təzminat qazanıb.

Prezidentin CHP liderindən şikayət etməsinin səbəbi isə Kılıcdaroğlunun Ərdoğanı xain adlandırması olub. Lakin Ərdoğan məhkəmədən dəymiş mənəvi ziyana görə 100 min lirə həcmində kompensasiyanın ödənilməsini tələb etmişdi. İddiada, həmçinin qeyd edilirdi ki, Kılıçdaroğlu Türkiyədəki demokratiya və söz azadlığından sui-stifadə edərək Ərdoğanı təhqir edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm