Putinin ən böyük səhvi: Sonu ola bilər!
Bizi izləyin

Dünya

Putinin ən böyük səhvi: Sonu ola bilər!

“Rusiya prezidenti Vladimir Putin çox böyük bir səhvə yol verir. Yaşanan böhran orta sinfə ağır zərbə vura, Putinin kreslosunu isə laxlada bilər”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya üzrə türkiyəli mütəxəssis Habibe Özdan Moskvanın qarşılaşdığı iqtisadi problemləri şərh edərkən deyib.

Enerji qiymətləri yüksək olan dövrdə Rusiyanın son dərəcə güclü bir beynəlxalq oyunçu olduğunu deyən türkiyəli ekspert qiymətlərin düşdüyü zaman bu ölkənin ciddi problemlərlə qarşılaşdığını bildirib. H.Özdal Rusiya iqtisadiyyatının bu vaxta kimi şaxələnmədiyini, bunun isə enerji ehtiyatları ilə zəngin olan bir ölkənin ən böyük səhvi olduğunu dilə gətirib.

Putinin 419 milyard dollarlıq valyuta ehtiyatına arxalandığını və bu ehtiyatlardan istifadə edəcəyini açıq şəkildə dilə gətirdiyini deyən Özdal valyuta ehtiyatlarında kəskin azalmanın qeydə alındığını vurğulayıb: “2014-cü ilin əvvəlində 550 milyard dollar olan valyuta ehtiyatları 130 milyard dollar azalıb. Putinin arxalandığı bu ehtiyatlar sürətlə əriyir. Ehtiyatların azalması bu şəkildə davam edərsə, xalq Putini sorğulamağa başlayacaq. Putin hazırda baş verənləri “xarici aktyorların Rusiyanı dağıtma planı” olduğunu bildirir. İndiki halda Qərb əleyhdarlığı artır və Putinə dəstək çoxalır. Ancaq itkilər cəmiyyətin üzərində hiss olunduqca yaşananlar yeni ortaya çıxan orta sinif üzərində dağıdıcı effekt yaradacaq. O halda isə işin rəngi dəyişəcək”.

Kreml hakimiyyətin hazırda atdığı bütün addımların müvəqqəti həll yolları olduğunu deyən Özdalın fikrincə, Rusiya qarşılaşdığı problemləri kökündən həll etmək üçün həm ABŞ, həm də Avropa ilə əlaqələrini dərhal düzəltməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm