• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Obama Pxenyandan söz verdiyi qısası aldı

  • Dünya
  • 24 Dekabr 2014 01:38
  • 537 Baxış
Obama Pxenyandan söz verdiyi qısası aldı

Bu gün Şimali Koreya yarım saat ərzində internet şəbəkəsindən ayrılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Anonymous” hakerləri qrupu “Twitter” səhifəsində bunun Şimali Koreyanın Sony Pictures şirkətinə etdiyi kiberhücumun qisası olduğunu yazıb.

Dünən isə ölkə təxminən 9 saat internetsiz qalıb. Ölkənin internet şəbəkədən ayrılmasının səbəbi rəsmən açıqlanmayıb. Məlumata görə, ölkədə yalnız 1200 internet abunəçisi var. Onlar isə hakimiyyətdən rəsmi icazə alan partiya xadimləri, məmurlar və təşkilatlardır.

Xatırladaq ki, Sony Pictures şirkəti noyabrın sonunda haker hücumuna məruz qaldı. Kiber-oğrular bir sıra filmləri oğurlayıb. Hücumun hədəflərindən biri “Müsahibə" komediyası olub.

ABŞ hücumun arxasında Şimali Koreyanın dayandığını bildirir. Ağ Evin bəyanatı Federal Təhqiqat Bürosunun (FTB) araşdırmasının nəticəsinə əsaslanır. FTB-nin gəldiyi nəticəyə görə, Pxenyan “Müsahibə” adlı komediyanın nümayişə çıxarılmasının qarşısını almaq istəyir. Həmin komediya Şimali Koreya lideri Kim Jong İnin öldürülməsi məqsədilə sui-qəsdin hazırlanması barədədir.

Pxenyanın isə iddiaları rədd etməsinə baxmayaraq, ABŞ prezidenti Barak Obama söz verib ki, Sony Pictures şirkətinə edilən kiberhücuma lazımı cavab veriləcək.

Sony Pictures şirkətinin direktoru Maykl Linton bu gün bildirib ki, qalmaqal yaradan film Milad bayramında kinoteatrlarda məhdud şəkildə göstəriləcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR