Saakaşvili: “Bu, Poroşenkonu qələbəsidir”
Bizi izləyin

Dünya

Saakaşvili: “Bu, Poroşenkonu qələbəsidir”

“Lukaşenko və Nazarbayevin Kiyevə səfərləri Poroşenkonun qələbəsidir”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dekabrın 21-22 tarixlərində Kiyevə səfərlərini şərh edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.

"Poroşenko sadəcə olaraq parıldayan diplomatdır. Nazarbayevlə Lukaşenkonun Kiyevə səfərləri onun qələbəsidir. Rusiya ən dərin böhrana daxil olacaq və Putin bu böhrandan tamamilə çıxa bilməyəcək. Düşünürəm ki, Lukaşenko və Nazarbayev Putinin taleyini yaşamaq istəmirlər. Qazaxıstan və Belarus Rusiyaya çoxdan xüsusi sevgi hiss etmir. Ancaq yalnız indi bu mənfi emosiyalar üzə çıxır", - Saakaşvili hesab edir.

Saakaşvili həmçinin vurğulayıb ki, Rusiya Federasiyası Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinasına qədər Ukraynanın düşməni olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm