Fransada daha bir nəfər maşını kütlənin üstünə sürdü: 10 yaralı
Bizi izləyin

Dünya

Fransada daha bir nəfər maşını kütlənin üstünə sürdü: 10 yaralı

Fransada daha bir nəfər maşını kütlənin üstünə sürüb.

Publika.az-ın məlumatına görə, bu dəfə hadisə Nant şəhərində baş berib. Belə ki, bir nəfər sürücü furqon tipli avtomobili Milad yarmarkasını ziyarət edən kütlə üzərinə sürüb. Hadisədə 10 adam yaralanıb. Onlardan beş nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir.

Şahidlərin dediyinə görə, saat 19:00 radələrində ağ rənqli furqon sürətlə yarmarkadakı alıcılara yaxınlaşıb. Bir neçə adamı vurduqdan sonra dayanan avtomobilin sürücüsü özünə bıçaqla ağır xəsarətlər yetirib.

Hakimiyyət rəsmiləri bildirib ki, hələlik hücumun motivləri naməlum qalır. Hazırda onun dini zəmində həyata keçirildiyini təsdiqləyən heç bir dəlil yoxdur.

Qeyd edək ki, bu, Farnsada üçüncü hadisədi. Analoji hadisə bazar ertəsi və ötən şənbə günü Dijon və Tur şəhərlərində də baş verib. Hər iki sürücü "Allahu Əkbər" qışqıraraq maşını ktlənin üzərinə sürüb. Turdakı hadisə zamanı polislər sürücünü güllə ilə vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm